29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” - “Səbail”: 12-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında XI turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

Ardıcıl ikinci ev oyununa çıxacaq “qırmızı-qaralar” tarixində 12-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək. Əvvəlki 11 görüşdə üstünlük “Qəbələ”nin tərəfindədir.

Hesabında 6 qələbə və 3 heç-heçə olan “Qəbələ” yalnız iki dəfə uduzub. Rəqib qapısından 20 top keçirən komanda 11 qol buraxıb. “Qəbələ”nin qollarından 6-na Baqali Dabo imza atıbsa, Famussa Kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.

Bu matçlardan ikisi Azərbaycan kuboku, doqquzu Premyer Liqa çərçivəsində baş tutub. Çempionatdakı oyunlardan dördündə qələbə qazanan “Qəbələ” 3 heç-heçə edib və 2 dəfə xalsız qalıb. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədir - 15:9.

Ev oyunlarında “Səbail”ə uduzmayan “qırmızı-qaralar” 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib. 10 qola imza atan komanda üç top buraxıb. “Qəbələ” ev matçlarından qolsuz ayrılmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31