20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Azərbaycanla görüşdə hər şey edəcəyik”

“Qapıçı Kozaçik məni zədəsi ilə bağlı məlumatlandırdı. O, sağlam olsaydı, heyətdən kənarda qalmazdı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal yerli mətbuata açıqlamasında deyib.

Xorvatiya ilə qarşıdan gələn oyunla bağlı danışan çexiyalı mütəxəssis noyabrın 19-da yığmamızla keçiriləcək görüşün həlledici olduğunu bildirib: "Domaqoy Vida və Deyan Lovren oynamasa, Xorvatiya çətinliklə üzləşəcək. Amma yəqin ki, bizimlə oyun üçün ehtiyat variantları da var. Xorvatiyadakı qarşılaşma bizim üçün çox vacibdir. Bu oyundan çox şey asılıdır. Lakin hər şey son turda həll olunacaq. Hər iki vəsiqənin taleyinin son matçlara qalması da istisna deyil. Biz hər iki görüşdə qalib gəlməklə 1-ci olmaq istəyirik. Şadam ki, azarkeşlərimiz sonadək bu mübarizəyə şahid olacaqlar. Onların ümidlərini doğrultmaq üçün Xorvatiya və Azərbaycanla görüşlərdə hər şey edəcəyik. Bunun üçün ilk iki yerdən birini tutmalıyıq”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu noyabrın 19-da Trnavada keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30