19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi” “Qarabağ”ı dayandırdı

Ağdamın “Qarabağ” klubunun qol seriyası qırılıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın X turunda “Neftçi”nin qonağı olan əyalət klubu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib - 0:0. Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb.

Belə ki, cari mövsümün əvvəlki 9 qarşılaşmasında 19 topa imza atan “Qarabağ” ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda ağdamlılar 26 dəfə rəqib qapısına yol tapıb.

Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən “Qarabağ”ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə “Zirə”ylə qolsuz heç-heçə qeydə alınıb.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdır. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdır. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30