28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bizim üçün əhəmiyyətli oyun idi”

“Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik irəliləyə bilərdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 10-cu turunda "Zirə" ilə heç-heçə etdikləri (2:2) görüşdən sonra mətbuat konfransında deyib.

O, son dəqiqələrdə məğlubiyyətdən qaçmalarına baxmayaraq, bu gün iki xal itirdiklərini bildirib: "Qol epizodlarından istifadə etsəydik, hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odur ki, futbolçular qarşılaşmada düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik". 

38 yaşlı mütəxəssis bir müddət əvvəl əvəzedici heyətə göndərilən və bu gün isə əsas heyətdə meydana çıxan Aleksey İsayevin çıxışı barədə də danışıb: "Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Oyunçu istəklidir. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. O, tam formada deyil. Alekseyi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir futbolçudan şikayətim yoxdur. Hamısından razıyam. İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi analiz elədi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə daha gümrah idik və hücumlar olurdu".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31