19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Gerye: "Monroz təmiz qol vurdu..."

 “Neftçi”nin futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə “Qarabağ”la qolsuz heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Vacib matçda 1 xal qazandınız. Oyun barədə nə düşünürsən?

- Sona qədər savaşdıq. Məncə, bir xal qənaətbəxşdir.

- Bu gün qalib gəlsəydiniz, xal fərqini azaldacaqdınız. Oyundan öncə belə düşünürdünüz, yoxsa meydana bir xala razı çıxmışdınız?

- Heç-heçəni düşünmürdük. Heç bir komanda bərabərliyi istəməz. Bilirdik ki, Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Bunu ağlımızda saxlayırdıq. Meydana vuruşmağa çıxmışdıq. Belə olan halda bir xal normaldır. Futbolda 3 nəticə əldə etmək olar. Biz də heç-heçəyə nail olduq. Hər halda, uduzmadıq.

- “Qarabağ”a qarşı oynamaq sənə xüsusi motivasiya verir?

- Bu oyun mənim üçün xüsusi idi. Başqa oyunlara necə köklənirdimsə, bu matça da elə yanaşmışam. Böyük fərq yox idi. Futbol mənim işimdir. Əlimdən gələni etməliyəm ki, komandama kömək edim.

- Oyunda gərgin anlar oldu. Son dəqiqələrdə Tural Axundovun yerdə qaldığı epizodda hakim penalti təyin etmədi.

- Turalın yerdə qaldığı epizodu şərh edə bilmərəm. Çünki bu, hakimin qərarıdır. Penalti verə də bilərdi, amma vermədi. Mənim bu gün xoşuma gəlməyən Monrozun epizodu oldu. O, təmiz qol vurdu, oyundakənar vəziyyətdən söhbət gedə bilməzdi. Ancaq hardansa ofsaytı gördülər.

- “Neftçi” mövsümə uğursuz başlasa da, son 5 oyunun 4-də qalib gəlib, 1-də heç-heçə edib. Komandada nə dəyişib?

- Startımız uğurlu deyildi. Bununla da xallar itirdik. Sonradan hər oyuna final kimi yanaşdıq. Buna motivasiya baxımından yanaşırdıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30