19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sumqayıt”ın Müşahidə Şurasında 2 yeni üzv

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Azərikimya” İB-də baş tutan iclasda “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri - İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Yekunda "Kapital Bank" ASC-nin Müştəri Menecmenti və Məhsullar Departamentinin direktoru Fərid İslamov, həmçinin "Paşa Həyat Sığorta" ASC-nin Satış və Marketinq departamentinin rəisi Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30