28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İbrahima Niasse rəsmən “Qəbələ”də

Azərbaycan Premyer Liqasının X turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” seneqallı futbolçu İbrahima Niasseni heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legioner bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) şərəfini qoruyub. “Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rusiyada "Mordoviya" (2014-15), Rumıniyada “Konkordiya” (2016), Hindistanda “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib.

Xatırladaq ki, İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31