26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”də baş məşqçi qərarı

“Qəbələ” baş məşqçi əvəzi Elmar Baxşıyevlə bağlı qərarını verib.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi gənc mütəxəssisin işindən razıdır. Məhz bu səbəbdən yeni baş məşqçinin axtarışı məsələsi dondurulub. Komandanı qış fasiləsinədək Baxşıyevin çalışdıracağı qətiləşib.

İkinci dövrənin sonunadək göstərilən nəticələrə əsasən yeni baş məşqçiyə zərurətin duyulub-duyulmayacağına dair qərar veriləcək.

Qeyd edək ki, 39 yaşlı Baxşıyev Sənan Qurbanovun istefaya getməsindən sonra “Qəbələ”də baş məşqçi əvəzi təyin olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30