28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elvin Məmmədov üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub.

Futbolxeber.az saytının klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən verdiyi məlumata görə, “Sabah”la səfər matçına kapitan kimi çıxan yarımmüdafiəçi “Qartallar”ın heyətində yubiley - 50-ci oyununu keçirib. O, bu müddətdə 5 qola imza atıb.

Elvin Premyer Liqada 47, Azərbaycan kubokunda 3 dəfə “Zirə” forması ilə meydana çıxıb. 2016-cı il yanvarın 31-də çempionatın “Keşlə” ilə ev oyununda (2:1) debüt edən Məmmədov 2015/16 mövsümündə 15 görüşdə (2 qol) iştirak edib. Yarımmüdafiəçi 2016/17 mövsümündə 24 çempionat (3 qol) və 3 kubok görüşündə şans qazanıb. 2 illik fasilədən sonra bu yay “Zirə”yə qayıdan futbolçu cari mövsüm Premyer Liqada 8 dəfə meydana çıxıb.

Qeyd edək ki, Elvin komandanın heyətində 50 və daha çox oyun keçirən 14-cü futbolçu olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31