28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bir xal bizim üçün yaxşı olardı"

"Maraqlı oyun alındı. Birinci dövrədə böyük hesabla uduzmuşduq. Bu gün isə hər iki kollektiv qələbə qazana bilərdi. İlk yarıda qol epizodlarımız oldu. Son ötürmələrdə dəqiqlik yox idi. Bu isə bizi narahat edir. "Qarabağ" kimi rəqibə qarşı belə mübarizə aparmaq müsbət haldır. İkinci dövrədə xal qazana bilmirik və bu, bizi razı sala bilməz. Matçı unudub, növbəti görüşə hazırlaşmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 9-cu turunda səfərdə "Qarabağ"a məğlub olduqları (0:1) matçdan sonra mətbuat konfransında deyib.

 38 yaşlı mütəxəssis bildirib ki, meydana qələbə üçün çıxmışdılar: "Bir xal bizim üçün yaxşı olardı. Çalışdıq, əziyyət çəkdik. "Qarabağ"ı tək biz yox, digər komandalar da məğlub edə bilmir. Bu, rəqibin səviyyəsindən xəbər verir".

 O, Mirabdulla Abbasov barədə də danışıb: "Onu taktiki gedişə görə start heyətdə meydana buraxmadıq. "Qarabağ"ın hücumlarının qarşısında tab gətirmək Maykl Essyen üçün də çətin idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31