20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bordin: “Bu, futbolçularımın çəkdiyi əziyyətin bəhrəsidir”

“Futbolçularımı gözəl oyun və qələbə münasibətilə təbrik edirəm. Qapımızda penalti görüb hesabda geri düşməyimizə baxmayaraq, komanda buna vaxtında və düzgün reaksiya verdi. Oyuna nəzarəti sonadək əlimizdə saxlayıb layiqli qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 9-cu turunda səfərdə "Sumqayıt"a qalib gəldikləri oyundan (4:2) sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının inkişafda olduğunu bildirib: "Dörd oyundur qələbə qazanırıq. Bu, futbolçularımın çəkdiyi əziyyətin bəhrəsidir. Biz məşqçi heyəti olaraq kömək əlimizi uzadırıq, tapşırıqları yerinə yetirən isə futbolçulardır. Oyundan oyuna daha da artırırıq. Bu, göz önündədir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30