25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Kiməsə istirahət verə bilmirəm ki..."

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ” ilə oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Hər oyunda çoxlu qol epizodları yaradırıq, amma onların azından istifadə edirik. Bu oyunda da elə oldu. Qələbə istəyi ilk yarıda daha çox idi. İkinci hissənin əvvəlində də bir neçə epizodda yaxşı imkanlar yaxaladıqdan sonra uşaqlarda arxayınlıq yarandı. Məğlub da ola bilərdik. “Qəbələ” yaxşı komandadı. Elmar Baxşıyevlə Azər Bağırova uğurlar arzulayıram. Qısa zamanda yaxşı komanda yaradıblar. Belə bir rəqiblə oyunda vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm. Qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq. Bir həftə sonra bizi bundan da ağır oyun gözləyir. İki günlük istirahətdən sonra yenidən hazırlığa başlayacağıq.

- Matçboyu Tural Bayramlıya qışqırırdınız. Ona alternativ yoxdur? Sağlamlığınız daha önəmli deyil?

- Seçimimiz məhduddur. Limitə düşən futbolçular arasında o, hamıdan yaxşıdır. Tural gənclər yığmasına namizəddir. Onun potensialına bələdəm. Fransadakı məlum olay da ona pis təsir edib. Üstəlik, limitə düşən digər futbolçularımızdan Ziya Əzizovla Ceyhun Muxtarlı uzun müddətə sıradan çıxıb. Ancaq bütün hallarda, sağlamlığım daha önəmlidir. Çünki mənim də ailəm, uşaqlarım var.

- Maraqlıdır ki, ilk dövrədə “Keşlə” əsasən ikinci hissədə parlaq futbol sərgiləyirdi. İkinci dövrədə isə yalnız ilk 45 dəqiqədə bunu müşahidə edirik. Bəs “Keşlə” 90 dəqiqə nə vaxt parlaq oynayacaq?

- 90 dəqiqə eyni səviyyədə oynamaq çətindir. Rəqib komanda da bizim kimi qol vurmaq, qələbə qazanmaq istəyir. Futbolun gözəlliyi də bundadır. Sezar Meza Kolli komandaya gec qoşulub. Hələ tam hazır deyil. 60 dəqiqə oynamağa hazırdır. Ruslan Qurbanovla Əfran İsmayılov da hələ ideal formada deyillər. Arxada qalan 9 turda demək olar ki, eyni heyətlə oynayırıq. Rotasiyalar üçün heyətimiz geniş olmalıdır. Bu da günü-gündən futbolçuların yüklənməsini artırır. Kiməsə istirahət verə bilmirəm ki, növbəti oyunlara daha yaxşı hazır olsunlar.

- Oyundan sonra Zaur Axundovla qısa dialoqunuz oldu və “ok” dediniz. Sirr deyilsə, nə barədə söhbət etdiniz?

- Bu gün futzal üzrə Azərbaycan yığmasının Slovakiya ilə oyunu var. Həmin matçdan sonra isə millimiz üçün banket təşkil olunacaq. “Keşlə” də tam tərkibdə həmin oyuna və banketə dəvət olunub. O barədə danışırdıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30