29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”la oyunda əzmkarlıq göstərdik”

APOEL-in müdafiəçisi Vuros Praksitelis Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağla keçirilən görüş (2:2) haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı futbolçu Bakıdakı matçda əzmkarlıq göstərdiklərini söyləyib:

"Qapımızda erkən qol buraxsaq da, əzmkarlıq göstərib, özümüzə gəldik və hətta hesabda irəli də keçdik. Qələbə hesabını qoruya bilməsək də, dəyərli xal qazandıq. Deyə bilmərik ki, bu, ən yaxşı nəticədir. Çünki APOEL meydana hər zaman qələbə üçün çıxır. Ancaq bu heç-heçə yeni bir başlanğıc ola bilər. Bu nəticə çempionatdakı növbəti matçdan etibarən uğurlu çıxış etməyimiz üçün əsas ola bilər”.

O,  meydanda sərt mübarizənin getməsinin normal olduğunu bildirib: "Meydanda mütləq qarşıdurmalar olacaq. Mən həm özüm, həm də komandam üçün qələbə arzusunda olan futbolçuyam. Komandama ən yaxşısını vermək istəyirəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31