25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

APOEL-in baş məşqçisi: “1 xal qazandığımıza görə nəticədən razıyam”

APOEL-in baş məşqçisi Tomas Doll  Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"la ilə heç-heçə etdikləri oyundan (2:2) sonra mətbuat konfransı keçirib.

- Belə bir açıqlama vermişdiniz ki, oyundan sonra gülən tərəf mən olacam. Gülən kim oldu: məğlubiyyətdən xilas olan “Qarabağ”, yoxsa səfərdə 1 xal qazanan APOEL?

- Çox gərgin oyun idi. Hər iki komanda güclü çıxış etdi. “Qarabağ” son matçımızdan daha yaxşı çıxış etdi. Futbolçularımın bugünkü komanda ruhuna görə çox sevindim. Hər iki tərəf maksimumunu etdi. İkinci hissədə “Qarabağ” topa daha çox sahib idi. 0:1 geridə olduğumuz anda ilk hissəni 2:1 öndə bitirmək, özü də belə bir dəstək olan stadionda bunu etmək çox vacib idi. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xal qazandığımıza görə nəticədən razıyam.

- Qrupda hələ də sonuncusunuz. “Qarabağ”la müqayisədə növbəti mərhələ şansınızı necə görürsünüz?

- Biz çox güclü komandaya qarşı oynadıq. Digər komandalar da “Qarabağ”la səfər matçında çətinlik çəkirlər. Bilirik ki, 1 xalla qrupdan çıxmaq mümkün deyil. Ancaq evdə “Qarabağ”ı məğlub etmək üçün böyük şansımız var. Belədə xallarımız bərabərləşəcək. Niyə də qalib gəlməyək?! Biz bilirik ki, rəqib çox güclüdür, ancaq evdə oynayacağıq. Hər şey baş verə bilər. Özümüzə inanırıq. İrəliyə doğru kiçik addım atdıq. Addım-addım hədəfimizə doğru gedirik.

- Bu oyundan öncə Kipr mətbuatı yazırdı ki, nəticə uğursuz olsa, postunuzdan gedəcəksiniz...

- Nə eşitmək istədiyinizi başa düşmürəm. Mətbuatın nə yazdığı məni maraqlandırmır.

- APOEL-lə Bakıda oynadığınız ilk matçda tez-tez fit çalırdınız. Bu gün isə cəmi bir dəfə bunu müşahidə etdik. Bu o deməkdir ki, artıq komanda sizi daha yaxşı başa düşür?

- Futbolçularımla ünsiyyətin sizə dəxli yoxdur.

- Komandanın oyunundan razı qaldınızmı və daha yaxşı çıxış edə bilərdinizmi?

- Əlbəttə ki, komandanın oyunundan çox da razı qalmadım. Ancaq komanda ruhu məni qane etdi. Çoxlu problemimiz var. Oyunçularımız topla daha çox oynamağı öyrənməlidir. Bu gün sistemi dəyişmişdik. Daha yaxşı oynaya bilərik. Əsas məsələ odur ki, komanda ruhu var idi. Qrupa pis başladıq. Ancaq mübarizə aparırıq.

- Bu gün arxadan oynadınız. Cavab oyununda “Qarabağ”ın sürətli və kreativ orta xəttinə qarşı “1-ci nömrə” ilə oynamaq sizə problem yaratmayacaq?

- Bizim komandamızda ortada yaradıcılıq çatmırdı. Əsas odur ki, komanda qələbəyə inanırdı.  Bunun üçün yollar axtaracağıq. Kreativlik çox vacibdir. Yarımmüdafiəçilərimiz öz üzərlərində işləyirlər. Onların da öz tərzi var. Bizim də yaradıcı futbolçularımız var. Bu gün 5-3-2 sistemi ilə oynadıq. Evdə fərqli çıxış edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30