19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Kəpəz”də iclas: İsgəndər Cavadov məşqçilərlə görüşdü

AFFA tərəfindən Gəncə futboluna kurator təyin olunan İsgəndər Cavadov “Kəpəz”in bazasında məşqçilərlə görüş keçirib.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın, eləcə də aşağı yaş qrupları üzrə kollektivlərin məşqçiləri də iştirak edib.

Toplantıda uşaq futbolunun vəziyyətindən danışılıb. Bu mövsümdən fəaliyyəti bərpa olunan U-15 və U-17, həmçinin digər yaş qruplarının ölkə birinciliklərində çıxışları müzakirə olunub. Yaxınlarda istifadəyə veriləcək süni örtüklü meydançanın komandaların məşq etməklə bağlı yer problemini aradan qaldıracağı vurğulanıb. Məşqçilərin istək və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30