25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qisas haqqında düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir"

“Avqustda etdiyimizin eynisini təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Roman BezyakAvropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri oyun haqda mətbuat konftransında danışarkən bildiirb.

Sloveniyalı hücumçu sabah matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionundak  "Qarabağ"la görüşdə rəqibin hansısa cəhətindən çəkinməli olduqlarını düşünmür: "Çünki bu rəqibi artıq bir dəfə Bakıda üstələmişik. Sadəcə. bu dəfə həvəslə oynasaq, meydanda öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsində baş tutan əvvəlki görüşlərin önəmi yoxdu. Çünki bunlar tarixdə qalıb və indi bir önəm kəsb etmir"

Roman mərkəzi arenamızda gözləniləın anşlaqdan da söz salıb. "Qarabağ"a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Bu, gözəl haldı. Dolu tribuna qarşısında çıxış edən futbolun həyəcanı başqa cür olur. Ancaaq azarkeş amili oyunumuza təsir göstərməyəcək. Qisas haqqında düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir".

Xatırladaq ki, "Qarabağ"ı bu mövsüm Çempionlar Liqasında məhz APOEL məhz Respublika stadionunda 2:0 hesabıyla məğlub etməklə kənarlaşdırıb (sport24.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30