28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb"

“Komanda olaraq yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdur”.  

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı yarımmüdafiəçi müsbət nəticə qazanmağa çalışacaqlarını söyləyib: “Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdır. Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, öz meydanımızda azarkeşlərimizi sevindirək”.

Qarayev bu ilin avqustunda Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşdıqları APOEL-i yaxşı tanıdıqlarını deyib: “Aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər”.

Təcrübəli oyunçu II turda "Düdelanj"ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etdikləri oyunda erməni təxribatı ilə üzləşmələrinə də toxunub: "İdmançı kimi, siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdir, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə, qıcıqlanmağa dəyməz. Kiməsə sübut edəcək nəyimizsə yoxdur. “Qarabağ”ın avrokubok oyununa əski parçasını gətirib nəyəsə iddia etməyin özü gülüncdür".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31