16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Təmkin Xəlilzadə: “Heç vaxt bu qədər aqressiv olmamışam”

Azərbaycan Premyer Liqasının 8-ci turunun "Keşlə" ilə oyunundan (1:1) sonra hakimə hücum edən "Sabah"ın müdafiəçisi Təmkin Xəlilzadə bununla bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə şəxsi "İnstaqram" hesabında paylaşım edən millimizin üzvü hisslərini cilovlaya bilmədiyi yazıb:

"Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində ona normal tərzdə fikirlərimi çatdırmaq istədim. Ola bilər,  bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim.

Yaxşı anlayıram ki, milli komanda və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Kaş, belə məqamda bu cür hadisə olmayaydı. Xeyirlisi".

Xatırladaq ki, Təmkin final fitindən sonra görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman onu polislər meydandan çıxarıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30