20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ”dan yubiley heç-heçəsi

“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü səfər heç-heçəsinə imza atıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, yubiley bərabərliyi Premyer Liqanın VIII turunun “Qəbələ” ilə görüşündə qeydə alınıb - 1:1.

Mövsümdə ilk dəfə 1 xalla kifayətlənən Ağdam klubu 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə sülhlə barışıb. “Qarabağ” çempionatın tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadır. Yeddiqat Azərbaycan çempionunun səfərdəki ilk bərabərliyi 1992-ci il mayın 25-də “Avey”lə görüşdə qeydə alınıb.

“Qəbələ”nin vurduğu top isə “Qarabağ”ın səfərdə buraxdığı 350-ci qol olub. Bu topa Qismət Alıyev imza atıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30