16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Bordin: “Yaralı idik, indi ayağa qalxa bilmişik”

“Bütün futbolçularımı təbrik edirəm. Bu gün oyuna çox düzgün yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Qələbə turnir cədvəli baxımından da əhəmiyyətli idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 8-ci turunda "Zirə"yə qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis oyunun gedişində sonradan meydana daxil olan futbolçularından razı qaldığını bildirib:

“Bütün futbolçular ilk dəqiqələrdən sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da uğurlu qoşuldu. Təəssüflənirəm ki, Platellas və Rauf 100 faizlik epizodlarda fərqlənə bilmədilər. Onlar da qol vurmağa layiq idilər. Birinci qoldan sonra oyunu bitirmək üçün irəli atıldıq ki, ikinci dəfə fərqlənək. Risk etdik və qol buraxa da bilərdik. Ancaq ikinci qoldan sonra rəqib açılmağa başladı və bu, bizim işimizə yaradı, qol vurmaq üçün epizodlarımız yarandı.

- Yaxşı nəticə qazansanız da, xeyli qol imkanlarından istifadə edə bilmədiniz.

- Əsas odur ki, təhlükəli məqamlar yarada bilirdik. İkinci qoldan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, ancaq qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya yoxluğu yarana bilər. Başqa problem yoxdur.

- Rauf Əliyevdən istədiyinizi ala bildinizmi?

- Oynadığı müddətdə etdikləri məni qane etdi. Qol vura da bilərdi. Yalnız buna görə üzülürəm ki, fərqlənə bilmədi. Ona yalnız qol çatmadı.

- Ardıcıl 3 qələbə “Neftçi”nin yaralarının neçə faizini sağaldıb?

- Faizi deyə bilmərəm. Sadəcə, son 3 qələbəni baza kimi düşünmək və irəli addımlar atmağımızı istəyərəm. Əvvəl yaralı idik, indi ayağa qalxa bilmişik.

- Gerye və Mustivarın oynamaması milli komandanın heyətindən qayıtmaları ilə bağlı idi?

- Hər iki oyunçu yığmada kifayət qədər oynadı və uzun yol gəldilər. İki gün əvvəl komandaya qoşuldular və yalnız bir məşq edə bildilər. Ona görə də riskə yol vermək istəmədik.

- “Neftçi”nin çempionluğu üçün əsas rəqibiniz “Qarabağ”ın uğursuzluğunu arzulayırsızmı?

- Biz hər gün yalnız öz oyunumuzu düşünürük. Rəqib barədə fikirləşmirik. Hər matçda qələbə qazanmaq istəyirik. Rəqiblərin xal itirməsinin əhəmiyyəti yoxdur. Öz evimizin içinə baxmalıyıq, başqa komandalarda nə baş verdiyinə fikir verməməliyik

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30