19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Rəvan" - "İnter": statistika nə deyir?

Məlum olduğu kimi, Premyer Liqanın 4-cü turunda “İnter” səfərdə “Rəvan”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, bu qarşılaşma komandalar üçün sayca 5-ci olacaq. İndiyədək komandalar 4 dəfə üz-üzə gəlib. Hər 4 oyun da "İnter"in qələbəsilə başa çatıb.  

Komandalar

O

Q

H

M

X

“Rəvan”

4

0

0

4

1-7

“İnter”

4

4

0

0

7-1

Bütün bu oyunlar milli çempionat çərçivəsində keçirilib. Bu qarşılaşmalarda “İnter” “Rəvan”ın qapısından 7 top keçirib, rəqib isə 1 qolla fərqlənib. Maraqlıdır ki, son 3 matçda “Rəvan”ın futbolçuları "İnter"in qapısına yol tapa bilməyiblər. Rəqibin “İnter”in qapısından keçirdiyi son qol 2011-ci ilin oktyabr ayına təsadüf edir.

“Rəvan”a qarşı səfər oyunlarında “İnter” tam üstünlüyə malikdir: 2 oyunda 2 qələbə, toplar arasında fərq 4-1-dir. 2011-2012-ci il mövsümündəki matçda "İnter" rəqibə meydanında 2:1 hesabıyla qalib gəlib, ötən mövsüm isə “İnter” bu komandanı 2:0 hesabıyla məğlub edib.

“Rəvan”-“İnter” matçının tam siyahısını təqdim edirik:

Mövsüm

Matç

Hesab

Qol müəllifləri

2011/12

"Rəvan"-"İnter"

1-2

90+1’E.Hodziç-13’E.Abdulov, 44’İ.Kandelaki

2011/12

"İnter"-"Rəvan"

1-0

43’İ.Niasse

2012/13

"Rəvan"-"İnter"

0-2

27’N.Hacıyev, 61’B.Tsxadadze

2012/13

"İnter"-"Rəvan"

2-0

51(p)’B.Tsxadadze, 90+4’S.Zərgərov

Qeyd edək ki, “Rəvan” və “İnter” arasında keçirilən 4 matçın son 2 qarşılaşmasında qeydə alınan ən populyar hesab 2:0 olub. Maraqlıdır ki, bu matçların ən yaxşı bombardiri də Baçana Tsxadadzedir və forvardın aktivində 2 qol var.

Bu matça əlavə maraq qatan detal odur ki, hazırda “Rəvan”ın heyətində “İnter”də oynamış futbolçular-Tofiq Mikayılov, Şəhriyar Rəhimov və Elnur Abdulov çıxış edirlər.

Əlavə edək ki, cari mövsümün startı hər iki komanda üçün uğurlu alınmayıb. Belə ki, “İnter” və  “Rəvan” indiyədək bir xal toplaya bilməyən yeganə iki komandadır.

Xatırladaq ki, “Rəvan”-“İnter” qarşılaşması avqustun 25-də Bayıl stadionunda baş tutacaq. Oyun saat 20.00-da başlayacaq, oyunun baş hakimisə Elvin Əsgərov olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30