24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elmar Baxşıyev: “Oyun üslubumuzu "Qarabağ"a yeridə bildik”

“Qəbələ”nin baş məşqçi əvəzi Elmar Baxşıyev Premyer Liqanın 8-ci  turunda "Qarabağ"la evdə 1:1 hesablı bərabərə qaldıqları görüşdən sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

 - "Qarabağ" brend klubdur. Bilirdik ki, oyun bizim üçün necə çətin keçəcək. Komandanı buna kökləməyə çalışırdıq ki, belə rəqibə qarşı hansı taktikayla oynamaq lazımdır. Hesab edirəm ki, oyun üslubumuzu "Qarabağ"a yeridə bildik.

- "Qəbələ" başqa komandaların bacamadığı nəyi etdi ki, "Qarabağ"ı ilk dəfə xal itkisinə məruz qoydu?

- Siz komandanı oyundan oyuna görürsünüz. Bizsə hər gün komandayla ünsiyyətdəyik. Komandanın  istəkli, bəzi komponentlərdə artırdığını görürdük. Bilirdik ki, komanda hazırdır. Bunu "Zirə"ylə yoxlama matçında gördük. Davamına bu gün "Qarabağ"la matçda şahid olduq.

- Komandanın belə inamlı təsir bağışlaması üçün bu qısa müddətdə nələri dəyişə bildiniz?

- Eyni komandadır, ümumi heç nəyi dəyişmədik. Sadəcə, komanda nəticə qazanmağa inanmağa başladı. Üzərimizə düşən vəzifə futbolçuları optimal formaya gətirmək idi. Uğurun sahibi onlardır.

- Son dəqiqələrdə güclü köklənmə vardı. Bu, xüsusi motivasiya ilə bağlı idi, yoxsa "Qarabağ"ın adı bəs edirdi?

- "Qarabağ"ın adı kifayət edir ki, həmin motivasiya ilə çıxaq.. Hər futbolçu maksimum gücü ilə çxır və özünü sübut etmək istəyir ki, mən də varam (sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30