29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azarkeşlər “Qarabağ”ı xərcə saldı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ” klubunu 7875 avro məbləğində cərimələyib.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, buna səbəb Ağdam təmsilçisinin sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində İspaniya “Sevilya”sına Bakıda 0:3 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionun baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində Andalusiya təmsilçisinin futbolçusu Çiçaritonun hesabı açmasından sonra yerli azarkeşlərin meydana kənar əşyalar atmasına görə ziyana düşüb.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi görüşdə törədilmiş erməni təxribatına gəldikdə, UEFA hələlik hər hansı açıqlamasının olmadığını bildirib. Bu matçda isə “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31