24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rüfət Dadaşov: “Vulverhempton” qardaşımla boşuna müqavilə bağlamayıb”

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı hücumçu AVRO-2020-nin seçmə mərhələsinin oyunları haqda danışarkən son matçlarda rəqiblərindən geri qalmadılarını söyləyib:

“Xorvatiya, Macarıstan, Slovakiya və Uelsin yer aldığı çətin qrupumuz var. Ancaq son matçlarda rəqiblərimizdən geri qalmadıq, məğlubiyyətlər minimal hesablı oldu. Vitse-çempion Xorvatiya ilə 1:1 hesablı heç-heçə önəmli nəticədir. Kiçik futbol ölkəsi kimi hər bir məqamı səbrsizliklə gözləyirik”.

Almaniyanın “Proyssen” klubunda çıxış edən forvard son matçlarda daha çox ehtiyatda qalmasına da münasibət bildirib:

“Əlbəttə, meydanda daha çox vaxt keçirmək istərdim. Üstəlik, biz bir hücumçu ilə müdafiə futbolu oynayırıq. Ona görə də çox vaxt əsas heyətdə mənə yer tapılmır. Ancaq oynamaq üçün hər şey etməyə hazıram. Bəhreyni 3:2 hesabı ilə məğlub etdiyimiz oyunda nəyə qadir olduğumu göstərdim və qol vurdum”.

R.Dadaşov Azərbaycan millisində qardaşı Renat Dadaşovla birgə çıxış etməyin onun üçün qürurverici olduğunu söyləyib. O, özü kimi hücumçu olan kiçik qardaşının İngiltərə təmsilçisi “Vulverhempton”a transferindən də danışıb:

“İki qardaşın millidə birgə oynaması adi məsələ deyil. Onunla görüşə bilmədiyimiz üçün yığmanın heyətində birgə olmağımız ikiqat xoşdur. Renatın böyük potensialı var və düşüncə olaraq da artıq böyüyüb. O, yeniyetmə yaşlarındakı səhvlərindən dərs çıxarıb və indi daha intizamlıdır. İngiltərə Premyer Liqasında çıxış edən klub onunla boşuna müqavilə bağlamayıb. Ona peşəkar karyerasında inanıram. Bütün ailəmiz onu dəstəkləyir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30