20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Yaşar Vahabzadə: "Kəpəz"in 5-ci pillədə qərarlaşmasını qənaətbəxş saymaq olar" –

Birinci Divizionda iştirak edən "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə komandasının hazırlığından, hazırkı durumdan danışıb.

Mütəxəssis sport7.az-a açıqlamasında qarşıdakı planlarla yanaşı "Kəpəz"də uşaq futbolunun da vəziyyəti haqda fikirlərini bölüşüb: "Hazırlıqlar normal gedir. Komanda növbəti matça hazırlaşır. Dəyişiklik yoxdu. Hər şey normaldı. Komandanın durumu yaxşıdı".

"Kəpəz" hazırda turnir cədvəlinin 5-ci pilləsindədi. Yaşr bəy bu durumun onlar üçün qaneedici olduğunu bildirdi: "Düzdü, çempionata 2 həftə qalmış hazırlıqlara başladıq. Seleksiya aparmadıq. Vaxtımız az idi. Bütün bunları nəzərə alsaq "Kəpəz"in 5-ci pillədə qərarlaşmasını qənaətbəxş saymaq olar. Komandanı formalaşdırmaq üçün vaxt az oldu. Çempionat gedə-gedə formalaşdırmağa davam edirik, oyun üslubunu təkminləşdiririk. Görəcəyimiz işlər gecikdiyi üçün bu nəticəni qənaətbəxş saymaq mümkündü. Keçən il əsas heyətdə oynayan bir çox oyunçular vardı ki, başqa komandalara keçmişdilər. Bunlar hamısı problemlər yaradırdı. Hazırda heyətlə bağlı problemlər yoxdu. Buna baxmayaraq, yenə də digər klublarda çıxış edən yerli futbolçularımızı geri qaytarmaq istəyirik. Gəlsinlər öz şəhərlərinin komandasında çıxış etsinlər".

"Qış fasiləsinə qədər nəyi hədəfləmisiz? Özünüzü hansı pillədə görürüsüz?" sualını mütəxəssis belə cavablandırdı: "İstəyirəm ki, qoyduğumuz sistemi komandaya yeridək. Məşqlərdə, oyunlarda biz istədiyimiz tapşırıqları yerinə yetirməyə çalışırlar. Nə dərəcədə alınır-alınmır, bu başqa məsələdi. Hər halda sistemi komandaya öyrətmək vaxt tələb edir. Yer barəsində onu deyə bilərəm ki, komanda yaxşı oynasa nəticə gələcək. Ancaq qarşıda mütləq nəsə etməliyik kimi bir məqsəd yoxdu. Çalışacağıq ki, yaxşı oyun sərgiləməklə xal ehtiyatımızı artıraq".

O, qış fasiləsində dəyişikliklər ola biləcəyini də istisna etmədi: "Ola bilər yeni futbolçular cəlb edək. Dediyim o yerli uşaqlarla danışıqlar aparırıq ki, "Kəpəz"ə qayıtsınlar. Yelilər nə qədər çox olsa bir o qədər yaxşıdı. Əksəriyyəti 1999, 2000, 2001 təvəllüdlü futbolçulardı".

"Kəpəz"in uşaq futbolu ilə bağlı danışan çalışdırıcı, komandaların nəticələrinə, görülən işlərə toxundu: "Bilirsiz ki, "Kəpəz"in yeni yaranmış U-17 komandası respublika çempionatında oynayır. Bu gün onlarla görüşümüz olacaq. Futbolçuları, forma və idman kostyumları ilə təmin edəcəyik. U-17-dən 3 futbolçunu son 2-3 məşqimizə dəvət etmişdik. Onlardan biri sağ cinah, biri mərkəz, digəri də hücumameyilli sol cinah müdafiəçisidi. Gözümüzə dəyən hələ ki, bu futbolçulardı. Bundan əlavə digər yaş qruplarından ibarət komandamıza, U-15-ə də nəzarət edirik. Xanlarda oynayırlar. Məşqçimiz olmayanda, gedib onların da oyunlarına baxırıq. U-17-nin nəticələri pis deyil. Son oyunlarına baxdım, qalib gəldilər. Pis deyillər, hər halda perspektivli uşaqlar var. Onlardan hələ ki, 3 nəfəri cəlb etmişik əsas komandaya. Hazırda öz komandalarına göndərmişəm onları. Qarşıdakı matça hazırlaşırlar. Oyunlarını keçirsinlər, yenidən əsas komandanın məşqlərinə cəlb edəcəm. Ola bilər ki, yenə də kimlərsə üzə çıxsın. Perspektivli uşaqlar var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30