20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədovdan UEFA-ya təklif: seçmə mərhələ oyunlarında VAR sistemi tətbiq olunsun

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında AFFA-nın baş katibi Elxan Məmmədov Avropa futbol təşkilatındakı həmkarı Teodor Teodoridislə görüşüb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə bir sıra məsələlər müzakirə olunub.

Elxan Məmmədov Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunmasını təklif edib. T.Teodoridis bildirib ki, bu ilin noyabr ayının sonunda Buxarest şəhərində UEFA-nın üzvü olan bütün Milli Assosiasiyaların rəhbərləri ilə keçiriləcək ənənəvi görüşdə UEFA prezidenti Aleksander Çeferinin təşəbbüsü əsasında bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq, prezentasiya təqdim olunacaq və seçmə mərhələ qarşılaşmalarında VAR-ın mümkün olub-olmaması müzakirəyə çıxarılacaq.

UEFA-nın baş katibi ilə müzakirə olunmuş digər məsələ oyunlar zamanı stadionların üzərində idarə olunan uçuş aparatlarının - dronların istifadəsi ilə bağlı olub və bildirilib ki, təhlükəsizlik baxımından bu kimi hallara xüsusi diqqət yetirilməlidir.

Daha sonra Elxan Məmmədov Avro 2020-nin Bakıda keçiriləcək 4 oyununa hazırlıqla bağlı UEFA-nın baş katibinə ətraflı məlumat verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30