20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Edu "Xəzər Lənkəran"a gəlir

Mövsümlər arası yay transfer pəncərəsinin bağlanmasına az qalmış “Xəzər Lənkəran” heyətini braziliyalı futbolçu Devid Sakkoni ilə yanaşı, həm də İspaniyanın La liqasında çıxış etmiş futbolçu ilə gücləndirmək niyyətindədir. Stadium.az xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu “Edu” ləqəbli Edu Orialı (tam adı: Eduard  Oriol Gràcia) transfer etməyə hazırlaşan “Ağ-yaşıl” klub artıq futbolçu ilə demək olar ki, bütün məsələləri həll edib. Transfermarket saytları tərəfindən transfer dəyərinin 875.000 -1.000.000-avro arası göstərildiyi futbolçunun "Xəzər Lənkəran"a keçidi yaxın günlərdə rəsmiləşəcək.

Edu Orial karyerasına “Pobla Mafumet”də başlamışdır, sonradan isə “Sant Andreu” və “Barselona B” klublarında da forma geyinib. Son iki ilini “Real Saraqosa”da keçirən Edu burada indiyə qədər ümumilikdə 39 çempionat və 6 kubok oyununda meydana çıxmışdır. Hücuma meyilli cinah yarımmüdafiəçisi “Saraqosa”nın heyətində  iki dəfə fərqlənə bilmişdir. Futbolçu avqust ayının 9-da  iki tərəfli razılaşma yolu ilə “Real Saraqosa” klubundan rəsmən yollarını ayırmış və azad agent statusuna yiyələnmişdir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Edu Oriolun əkiz qardaşı Joan Oriol cari mövsümdən İspaniyanın  ”Osasuna” klubunun üzvüdür. Bunacan o “Villarreal”ın şərəfini qoruyurdu. Bəzən futbolsevərlər bu iki futbolçunu səhv də salırlar. Arayış üçün əlavə edək ki, “Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi Edu Orioldan fərqli  əkiz qardaşın transfer qiyməti 1.500.000-avro dəyərində ölçülür.


12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30