19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Giqqz: “Azərbaycanla oyunda mütləq qalib gəlməliyik”

"Biz qrupda geridönüş edərək, xarakter göstərdik, düşdüyümüz vəziyyətdən qorxmadıq. Futbolçularımla çox vaxt keçirmirəm. Amma meydanda göstərdikləri keyfiyyət məni təəccübləndirmir. Çünki məşqlərdə gördüklərimi edirlər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Qiqqz Avro-2020-nin seçmə mərhələsində yer aldıqları E qrupundakı vəziyyətləri haqda danışarkən deyib.

O, noyabrda qarşılaşacaqları Azərbaycan və Macarıstanla oyunların vacib olacağını vurğulayıb: "Bizə zərər vura biləcək iki komandaya - Slovakiya və Xorvatiyaya qarşı oynadıq. Qrupdakı son iki oyunda mütləq qalib gəlməliyik. Bu məqam bizim üçün həyati önəm daşıyır və qələbə çox vacibdir. Biz hər görüşdə qələbə qazanmalıyıq və Xorvatiyanın Slovakiyanı məğlub etməsinə ümid etməliyik. Təbii ki, bunun asan olmayacağını da bilirik".

Qeyd edək ki, Uels millisi növbəti oyununu noyabrın 16-ı Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30