18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Hələ çox qollarımız sayılmayacaq, hələ çox haqqımız yeyiləcək

Dünən milli komandamız 4 oyununa Bakının ev sahibliyi edəcəyi AVRO-2020-nin seçmə mərhələsində növbəti görüşünə çıxdı. Səfərdə Macarıstanla üz-üzə gələn yığmamız Budapeştdən xalla qayıtmağa çox yaxın olsa da, holland hakim buna imkan vermədi. Referi matçın son dəqiqəsində Bəhlul Mustafazadənin vurduğu qolu hesaba almamaqla, yığmamızı ardıcıl ikinci görüşdə xal qazanmaqdan məhrum etdi.

 

Bu şəkildən də, epizodun videosundan da açıq-aşkar görünür ki, gənc müdafiəçimizin əli topa toxunmayıb.

Lakin indi nəyisə dəyişmək qeyri-mümkündü. Görüşdən sonra Dennis Yohan Hiqler səhvini boynuna alaraq, millimizin baş məşqçisi Nikola Yurçeviç və futbolçulardan üzr istəsə də, bu, heç nəyi dəyişməyəcək. Araz Abdullayevin dediyi kimi, “üzr istəməyə görə xal vermirlər”.

Bəs holland hakimin bu addımının arxasında nə durur? Referi qəsdənmi yığmamızın qolunu hesaba almadı? Bunu heç birimiz dəqiq bilmirik. Bəlkə də hakim istəmədən səhv edib. Yaxud da, bu, Slovakiya ilə ev oyununda hakim qərəzi ilə üzləşən Macarıstandan UEFA-nın qeyri-rəsmi üzrü idi. Bilmirik. Amma bildiyimiz odur ki, eyni epizod Fransa, İspaniya, İngiltərə, Almaniya kimi futbol ölkələrinin oyununda yaşansaydı, hakimin bu cür “səhv etməyə” cürəti çatmazdı. İnanırsız ki, İngiltərə, Fransa, yaxud Almaniya 90-cı dəqiqədə bu cür qol vura və hakim səhvən qol müəllifinin əllə oynadığını qənaətinə gəlib qolu saymaya?

Səhvi ilə düzü ilə, yaxşısı ilə pisi ilə artıq bu oyun da tarixin yaddaşına qovuşdu. Bəhlulun təmiz qolunun hesaba alınmaması, millimizin 1 xaldan məhrum edilməsi qədər oyundan sonra sosial şəbəkələrdə yaşananlar da üzücüdür.

Dünən gecədən sosial şəbəkələrdə yazılanlara fikir vererkən elə təəssürat yaranır ki, sanki millimizin 1 xaldan məhrum edilməsi kimlərinsə ürəyindən olub. Millimizin məğlubiyyətinə sevinənlərin olmasına artıq öyrəncəliyik. Ölkənin adı, gerb, himn, milli forma - bunlar artıq çoxdan kimlər üçünsə dəyər deyil. Bunu da bilirik. Amma bu qədər də olmaz axı.

Dünən Budapeştdə Nikola Yurçeviçin, Rövnəq Abdullayevin, Elxan Məmmədovun haqqı yeyilmədi, AZƏRBAYCANIN HAQQI YEYİLDİ! Oyundan sonra səslənən fikirlərə baxırsan, adam deməyə söz tapmır:

“Guya 1 xal qazansaydıq, nə olacaqdı ki”

“Qol sayılsaydı, nəticə ədalətsiz olardı”

“Qələbə Macarıstanın haqqı idi”

“Yaxşı ki, qol hesaba alınmadı. Yoxsa oyunçulara filan qədər mükafat veriləcəkdi” və s. və i.a.

Hətta bu basabasda millimizin futbolçularının geydiyi kostyum da müzakirə mövzusuna çevrilib.  

Bu cür fikirləri görəndə, başa düşürsən ki, biz bu cür düşündükcə, eyni nöqtəyə vura bilmədikcə, komanda ola bilmədikcə, hələ çox qollarımız sayılmayacaq, hələ çox haqqımız yeyiləcək.

3 gün əvvəl çoxlarımız Türkiyənin Albaniya ilə oyunda son dəqiqədə vurduğu qola ürəkdən sevindik. “Ay-ulduzlar”ın mübarizə əzmini qeyd etdik. Bir anlıq düşünün, Cenk Tosunun 90-cı dəqiqədə vurduğu qolu hakim səhvən hesaba almır. Türkiyəlilər neyniyərdilər? Hansısa türkiyəlinin sosial şəbəkədə “Qol sayılsaydı, nəticə ədalətsiz olardı”, “Heç-heçə Albaniyanın haqqı idi”, “Yaxşı ki, qol hesaba alınmadı. Yoxsa oyunçulara filan qədər mükafat veriləcəkdi” kimi absurd fikirlər yazacağına inanırsız?..




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30