19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Böyükağa Hacıyev kimi təcrübəli şəxsin futboldan kənarda qalması düzgün olmazdı"

"Neftçi"nin prezidenti Sadıq Sadıqov klubun sabiq baş məşqçisi Böyükağa Hacıyevin komandaya qayıdışına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, S.Sadıqov klubun rəsmi saytına verdiyi açıqlamda B.Hacıyevin müşavir təyin olunmasını belə şərh edib: “Neftçi” PFK-nın son illərdə qazandığı uğurlarda Böyükağa Hacıyevin böyük əməyi var. O, baş məşqçi olduğu müddətdə komanda iki dəfə ölkə çempionu olmaqla yanaşı, bir dəfə də Azərbaycan kubokunu qazandı. “Neftçi” PFK-nın tarixi APOEL zəfəri ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və Azərbaycan futbolunda ilkə imza atmasında da Böyükağa müəllimin rolu danılmazdır. Təsadüfi deyil ki, komanda qrup mərhələsində “Partizan”la hər iki qarşılaşmada, “İnter”lə isə səfərdə heç-heçəyə imza atdı və İtaliya təmsilçisinə qarşı doğma arenada cəsarətli futbol nümayiş etdirdi.

Bu mövsüm Çempionlar Liqasındakı uğursuzluqdan sonra Böyükağa Hacıyev baş məşqçi vəzifəsindən istefa verdi. Bununla belə biz onun klub qarşısındakı xidmətlərini nəzərə alaraq, təcrübəsindən bundan sonra da yararlanmağa qərar verdik. Biz hər zaman kluba yerli mütəxəssislərin cəlb edilməsinə çalışmışıq və bu mənada Böyükağa Hacıyev kimi təcrübəli şəxsin futboldan kənarda qalması düzgün olmazdı. İnanıram ki, O, yeni vəzifəsində də kluba çox faydalı olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30