20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Aftandil Hacıyev: “Neftçi” layiqli qələbə qazandı”

“Rəqib layiqli qələbə qazandı. Buna baxmayaraq, komandamızdan razı qaldım”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi”nin qonağı olan qəsəbə təmsilçisi meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Oyunsonrası mətbuat konfransında Hacıyev fikrini bu sözlərlə davam etdirib: “İlk hissədə standart vəziyyətdən 2 qol buraxdıq. Halbuki onların ən üstün cəhətinin bu olduğunu bilirdik. Buna görə oyunçulara tapşırıq verilmişdi, sadəcə, futbolçularımız diqqətsizliyə yol verildi. İkinci hissədə pressinqlə çıxış etdik. Dəyişikliklərə baxmayaraq, xal qazana bilmədik. Buna görə məyusuq. İlk dövrənin ümumi nəticələrini qənaətbəxş saymaq olar. Daha yaxşı ola bilərdi. Yaranmış fasilədən istifadə etməyə çalışacağıq”.

- Komandanın geridönüş etməsi üçün nəyi dəyişmək lazımdı?

- İndi oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Avroliqada fərqli, çempionatda fərqli heyətlə çıxış etdik. Turdan-tura artırmaq lazımdı. Oyunumuzda inkişaf hiss olunur. Düşünürəm ki, bu gün də azarkeşlər oyundan həzz aldılar. Xüsusi bir dəyişikliyə ehtiyac yoxdu. Oyunçu ala bilsək, daha rəqabətli komanda ola bilərik.

- Fəhminin ehtiyatda qalması nə ilə bağlı idi?

- Fəhmin zədəli idi, bir neçə gün məşqlərdən kənarda qalmışdı. Bu gün də oynaması risk idi. Özü ilə danışdım, 30 dəqiqə oynaya bilərdi. Hücumu gücləndirmək üçün Fəhmini meydana buraxmaq lazım idi.

- “Qarabağ”ın digər klublardan 5 baş üstün olduğunu bir neçə dəfə demisiz. Bu gün “Neftçi”nin oyununu canlı gördünüz. Həmin fikirdə qalırsınız?

- Bunlar fərqli komandalardı. “Qarabağ” topla oynamağı sevirsə, “Neftçi” atletik oyun göstərir. “Qarabağ” topla oynamağa imkan vermirsə, “Neftçi”yə qarşı bu baxımdan elə böyük fərq olmur. Amma bu o demək deyil ki, “Neftçi” “Qarabağ”dan zəifdi. Fərqli üsluba malik komandalardı, hər birinin üstün cəhətləri var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30