29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədov: “Nəticə ədalətlidi”

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində Sumqayıtda eyniadlı komandanın qonağı olan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis əvvəlcə qolsuz bərabərliklə başa çatan oyunu dəyərləndirib.

- Komandamızda ilk yarıda müəyyən arxayınçılıq var idi. Fasilədən sonra açıq futbol izlədik. Zənnimcə, ədalətli nəticədi. Hər iki komanda qalib gələ bilərdi. Futbolçularımdan razı qaldım. “Sumqayıt” bizdən 2 gün əvvəl oynamışdı. Bu da cəmi 4 gün hazırlaşmağımızı şərtləndirdi. Bir qədər Sezarda ağrılar var idi. Bu da ön xətdə bir qədər inamsız oynamağımızı şərtləndirdi.

- Küləyi qeyd etmədiniz. Hərçənd, ilk hissədə komandanız küləyə qarşı oynayırdı...

- Mən bəhanə gətirmək istəmirəm. Ona görə də bunu qabartmadım. Əlbəttə, fasiləyə qədər küləyə qarşı oynamağımız istədiyimiz futbolu sərgiləməyə mane olurdu. Ancaq biz peşəkar klubuq, istənilən hava şəraitində oynamağa hazır olmalıyıq.

- İlk dövrəni 11 xalla başa vurdunuz. Bu xal ehtiyatı baş məşqçini qane edir?

- Bundan da yaxşı ola bilərdi. Müəyyən oyunlar oldu ki, qalib gələ bilərdik, eləsi oldu ki, məğlubiyyətə layiq deyildik. Ancaq bu xalı da qənaətbəxş nəticə sayıram. Deməli, buna layiq olmuşuq ki, onu da qazanmışıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31