20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Marca" dünənki təxribatdan yazdı: "Qarabağ Azərbaycanın torpağıdı"

İspaniyanın “Marca” nəşri Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj” - “Qarabağ” matçında baş verən təxribat barədə məqalə dərc edib.

Futbolxeber.az saytının məlumatına görə, “Marca” oyunun 31-ci dəqiqəsində meydana daxil olan drona və onun üzərində olan qondarma “Dağlıq Qarabağ” bayrağına belə şərh verib:

“Siyasət yenidən idman oyunlarında göründü. Və yenidən siyasi səbəblərlə matç dayandırıldı. “Qarabağ”ın “Düdelanj”a vurduğu ikinci qoldan sonra Lüksemburqun “Jozi Bartel” stadionunun üzərindən uçan drona və bayrağa görə hakim oyunu dayandırmağa məcbur oldu.  Azərbaycan komandası topla drona zərbə vuraraq onu yerə endirməyə cəhd göstərdi. Dağlıq Qarabağ əslən Azərbaycanın torpağıdır, amma 30 ildən çoxdur ki, Ermənistan qoşunları tərəfindən hərbi yolla işğal olunub”.

Qəzet həmçinin “Qarabağ”ın oyunçularının baş verən hadisəyə verdikləri reaksiyadan da yazıb: “Sözügedən hadisədən sonra Ağdam təmsilçisi oynamaqdan imtina etdi. Çünki bu komanda Ağdam şəhərini təmsil edir və hazırda yuxarında göstərilən münaqişə səbəbindən yalnız Ermənistan tərəfindən tanınan  bir respublikanın əlində qalıb. Təxribat səbəbindən görüş 15 dəqiqədən (əslində 20 dəqiqədən çox) sonra qaldığı yerdən davam etdi. “Qarabağ”ın kapitanı Rəşad Sadıqov dron meydanı tərk etdikdən sonra azərbaycanlı azarkeşlərə yaxınlaşaraq onlarla danışdı və sakit olmağa səslədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30