16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurban Qurbanov: “Məğlub olsaq, bunu faciə saymayacam”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə rəqib haqda danışıb.

- Yaxşı komandaya qarşı oynayırıq. Son vaxtlar uğurlu çıxış edirlər. Oyuna yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, intizamlı oynayıb istədiyimiz nəticəni qazanaq.

- Rəqibin sizi narahat edən hansı xüsusi özəlliyini qeyd edə bilərsiniz?

- Mən heç vaxt hansısa komandanı autsayder görmürəm. Xüsusən də belə turnirlərdə. Rəqib qrup mərhələsinə yaxşı oyunla yüksəlib. Məni narahat edən odur ki, "Düdelanj"ı autseyder kimi görürlər.  İnanıram ki, bu, futbolçulara təsir etməyəcək. Rəqibin yaxşı futbolçuları var. Bu gün Avropada heç bir oyunu proqnozlaşdırmaq olmur.

- Sabahkı heyət optimaldır? "Düdelanj"la görüşdə sizin görmək istədiyiniz "Qarabağ" olacaq?

- Zədəlilər var. Amma bu o demək deyil ki, onlar oynamadığı üçün optimal heyət olmayacaq.

- Sababkı matç həlledici ola bilər? Xal itkisi "Qarabağ" üçün ciddi uğursuzluq sayılacaq?

- Qətiyyən belə düşünmürəm. Məğlub olsaq, bunu faciə saymayacam. Qarşıda dörd oyunumuz olacaq. Bəzən son görüşdə nəticəni əldə etmişik, bəzən də əldən vermişik. Mənə vacib olan futbolçuların verəcəyim tapşırığı icra etməsidir. Mən sabah qətiyyən pisi düşünmürəm (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30