19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Samir Abasov: "Söz tapmıram"

"Oyunun ilk dəqiqələrdən aqressiv keçəcəyi bəlli oldu. Həmin o aqressiyada, top uğrunda mübarizə aparmaq baxımından rəqibə uduzduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün "Keşlə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Nəticə göz qarşısındadır, xal itirdik. Düzü, söz tapmıram. Sadəcə, rəqibi təbrik edirəm. Deyiləcək başqa bir söz yoxdur. Günahkar axtarmayacağıq. Bu problemləri aradan qaldırmaq lazımdır. Sırf futbolçular və digər şəxslər deyə ayırmaq istəmirəm".

S.Abasov beş müdafiəçi ilə oynamalarının səbəbini də izah edib: "Hər oyunda sistem dəyişmək düzgün deyil. Oyun ərzində dəyişiklik ola bilər. Heç kim zəmanət vermirdi ki, biz 4 müdafiəçi ilə oynasaydıq, hücumda çoxala bilərdik, qələbə qazanardıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30