19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin: “İşimi şərəflə görürəm”

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın VI turunda "Qəbələ"ni səfərdə 3:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

- Futboçularımı, bütün komandamı təbrik və təşəkkür etmək istəyirəm. Çünki çox yaxşı oyun nümayiş etdirdilər. Bu gün hamı bir nəfər kimi qələbəyə köklənmişdi. İlk hissədə yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmədik. Ancaq buna baxmayaraq, Tural Axundovun fasilədən sonra vuruduğu qol oyunumuzu açdı, daha da gözəlləşdirdi. Bu qol bizə, oyunumuza, bir növ hədiyyə oldu.

- Azarkeşlər hər qoldan sonra istefa qışqırdı. Görünür ki, azarkeşlər ilk turlarda itirilən xallara görə komandanı bağışlamır...

- Sözün düzü, azarkeşlərin nə qışqırdıqlarını başa düşmürdüm. Bütün 90 dəqiqə boyu oyuna köklənmişdim. Azarkeşlərin nə qışqırdıqlarına fikir vermirəm.

- Artıq bir çoxları "Neftçi" üçün çempionluğun getdiyini deyir. Uğursuzluğun səbəbi nə idi?

- Bugünkü qələbə çox vacib idi. Çempionatın sonu necə bitəcəksə, indidən deyə bilmərəm.

- Stiven Monroz ilk dəfə ehtiyatda qalmışdı. Halbuki onu ötən turda çox tərifləmişdiniz. Bu gözlənilməz seçim nəylə bağlı idi?

- Həftəboyu bir az ağrıları vardı. Ona görə məşqlərə gec qoşuldu. Namiq isə məşqlərdə özünü yaxşı göstərmişdi. Bizdə geniş heyət var və çalışıram ki, rotasiya edim.

- Adətən komanda uğursuz çıxış edəndə, deyirlər ki, bir qələbə lazımdı ki, vəziyyətdən çıxaq. Bu qələbə dönüş nəqtəsi ola bilərmi?

- Deyərdim ki, bizdə yara vardı, bunu bir az sağaltmış olduq. Ancaq bununla kifayətlənmirik. Bu qələbə bizə psixoloji baxımdan üstünlük verəcək. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq.

- Burdan azarkeşlərə bir müraciətiniz varmı? Çünki onların təpkiləri meydanda olan futbolçularınıza pis təsir edir...

- Oyundan niyə sual vermirsiniz? Bugünkü gündə komandanın oyununu ön plana çəkmək istəyirəm. Bu, məni sevindirir.

- Komanda 3:0 hesablı qələbə qazanır, azarkeşlər istefa qışqırır, bu, nonsensdi.

- İşimi şərəflə görürəm, buna qiymət verirəm (sport24.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30