24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Vacib qələbə qazandıq”

“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Futbolçular matça tam ciddi hazırlaşmışdılar və bizim üçün vacib olan 3 xalı əldə etdik”.

Futbolxeber.az saytının məlumatna görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə”nin səfərdə 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

- Son iki oyunda cərimə zərbəsindən 2 top buraxmısınız. Bununla bağlı qapıçı məşqçisi ilə danışmaq fikriniz varmı, yoxsa bu, təsadüfdü?

- Məncə, zərbəni vuranlar dəqiq yerinə yetiriblər.

- Xayme Romeronun hazırkı durumu necədi?

- Deyəsən, yaxşı deyil. Ola bilsin ki, zədəsi ciddidi. Çiyni çıxıb.

- Digər zədəlilər Mahir Emreli və Rahil Məmmədovun hazırkı vəziyyəti nə yerdədi?

- Fərdi məşqlərə başlayıblar. Mahir ola bilsin ki, komandaya daha tez qoşulsun (sport24.az).

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30