29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Aftandil Hacıyev: “Qəbələ” ilk "3-lüy"ə iddia edə bilər”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda  “Qəbələ” ilə oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Bu gün çətin oyun oldu. Arxada 5 tur qalıb. “Qarabağ” istisna, digər bütün komandalar sonadək mübarizə aparacaqlar. “Qəbələ” bir neçə tur məğlub olsa da, bugünkü oyunu ilə ilk "3-lüy"ə iddia edə bilər. İlk yarıya yaxşı girə bilmədik. Psixoloji üstünlük “Qəbələ” tərəfdə idi. Düşünürəm ki, əvəzetmə və taktiki dəyişiklik üstünlüyümüzü şərtləndirdi.

- “Qarabağ”ın ən yaxın izləyicisi olan komandanın baş məşqçisi niyə belə deyir?

- Qarşımıza heç 2-ci yeri tutmaq vəzifəsi də qoyulmayıb. Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq. Ancaq tək oyun komponentləri yox, həm də digər məsələlərdə stabillik lazımdır.

- Qalan 3 oyunda “Qarabağ”dan heç olmasa 1 xal almağı bacaracaqsınız?

- Bunu istəyirik. Hər oyuna maksimum motivasiyalı çıxmağa çalışırıq.

- Maliyyə problemləri barədə yazılanlar nə dərəcədə həqiqətəuyğundur?

- Bir sıra futbolçumuzun getməsi maliyyə sıxıntılarının olmasından xəbər verir. Tamerlan Abdullayev də çalışır ki, gecikmələr çox olmasın. Hələ ki, bunun öhdəsindən gəlirlər. Qarşıdakı aylarda necə olacağını bilmirəm. Futbolçulara təşəkkür edirəm ki, bu problemlər oyunumuza təsir etmir. Qışadək avrokuboklardakı bonusumuz da köçürüləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31