Ölkə futbolu
Maksim Medvedev: “Sevilya” hərtərəfli güclüdür”
"Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablabdırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Gözlədiyimiz kimi oyun keçdi. Bilirdik ki, "Sevilya" çox səviyyəli komandadır. Onlara qarşı rahat oynamaq mümkün deyil. Topu çox yaxşı saxlayırlar, pressinq edirlər. Hərtərəfli güclüdürlər. Birinci hissədə qapımızı toxunulmaz saxlaya bildik. Amma ikinci yarıda artıq yorulmuşduq. Ona görə də səhvlər edirdik. Qol buraxandan sonra da hamı əsəbləşməyə başladı. Nəticədə qapımızda ikinci topu da gördük.
- Səviyyə fərqini harada hiss edirdiniz?
- Birinci hissədə onların bir toxunuşla oynaması, ümumiyyətlə, hər şeydə fərq hiss olunurdu. Bəzi epizodlarda heç çatdıra bilmirdik. Düzdür, bəzən başabaş oyun gedirdi. Amma ümumi baxanda məncə, siz də, azarkeşlər də gördünüz ki, "Sevilya" bizdən daha yaxşı futbol oynayır.
- Amma hamı xal qazanacağımıza ümidlənmişdi. Bəzi futbolçular isə heç mübarizə aparmırdılar. Miçel artıq bir neçə oyundur ki, komandanı pis vəziyyətdə qoyur.
- Kiminsə necə oynadığını deyə bilmərəm. Onlar mənim komanda yoldaşımdır. Səhv ediblərsə, deməli, mən də səhv edirəm. Miçel "Atletiko"ya qol vuranda əlimizin üstündə aparırdıq. Bu gün hansısa epizodda yaxşı oynamayıbsa, deyə bilmərik ki, bu, onun günahıdır. Mən də istəyərdim ki, daha çox mübarizə aparaq. Bir az aqressiya çatmırdı. Biz topla oynamağa çalışan komandayıq. Aqressiv oynaya bilmirik.
- Nikosiyadakı hesabdan xəbəriniz var?
-Bəli.
- Gözlənilən oldu?
- Əlbəttə.
- Hamı Lüksemburq təmsilçisinə 6 xallıq komanda gözü ilə baxırdı...
- Onlar Avropa Liqasının qrup mərhələsinə yüksəliblərsə, zəif deyillər. 3-4 il əvvəl "Düdelanj"ı məğlub etmişik. Amma bu gün nə "Qarabağ", nə də ki, "Düdelanj" əvvəlki komandalardı. Onlar APOEL-i məğlub ediblərsə, deməli, qrupda ikinci yer uğrunda maraqlı mübarizə olacaq.
- "Düdelanj"ın qələbəsinin "Qarabağ"ın işinə yaradığını demək olarmı?
- Mən elə düşünmürəm. Çünki bizim "Düdelanj" və APOEL-lə necə oynayacağımız bilinmir. Onları hələ analiz etməmişik. Bu gün ən ağır oyunumuzu keçirdik. Bu oyunla Azərbaycan çempionatındakı matçlarımız arasında yerlə göy qədər fərq var.
- Bu cür oyunlardan sonra çempionat matçlarına köklənmək çətin olmur?
- Nə edə bilərik? Oynamalıyıq. Biz Azərbaycan çempionatında, "Sevilya" isə La Liqada çıxış edir. Oynamaq məcburiyyətindəyik. Onların öz çempionatı var, bizim də öz Premyer Liqamız.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
16:39
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
-
16:06
I Liqada hakim təyinatları açıqlandı
-
15:42
Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
-
13:17
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
12:51
Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
-
12:04
“Neftçi” ilə oyun bizim üçün həlledicidir"
-
11:48
Azərbaycan bilyardçısı Avropa çempionu olub
-
11:33
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
-
11:19
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
-
11:05
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
-
10:52
Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
-
10:26
“Borussiya" "Atletiko"nu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:11
Vitali Borisov: "Millidə görüləsi işlər çoxdur"
-
09:47
PSJ səfərdə "Barselona"nı diz çökdürdü VİDEO
-
09:30
Minifutbol üzrə Azərbaycan çempionatı: 1/2 finalın ilk oyunları keçirilib
-
18:20
AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
-
17:42
"Şəki Siti" "Göygöl"ə belə qalib gəldi VİDEO
-
17:31
“Neftçi” yarımfinalın ilk oyununda uduzdu
-
16:59
Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır
-
16:15
Dadaşov üçün mövsüm başa çatdı
-
15:27
90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
-
14:43
Azərbaycan gimnastları Çexiyada yarışacaqlar
-
14:36
Millimizin basketbolçusu: “Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”
-
14:18
Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub
-
13:54
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlandı
-
13:22
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verdi
-
13:05
Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
-
12:31
Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
-
12:19
Şəhriyar Məmmədyarov Nicat Abbasova dəstək oldu
-
11:57
Musa "Yurqorden"in gənclər komandasında qol vurub
-
11:46
“Sumqayıt”ın yarımmüdafiəçisi: “Hələ heç nə bitməyib, mübarizə qabaqdadır”
-
11:30
Millimizin heyəti açıqlandı
-
11:23
"Valensiya" 3 xalı tək qolla qazandı VİDEO
-
11:08
Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
-
10:52
“Atalanta” qələbəni əldən verdi VİDEO
-
10:35
Millimizin müdafiəçisi "Ludoqorets"ə qarşı oynadı
-
10:24
“Çelsi” “Everton”u darmadağın etdi VİDEO
-
10:11
“Zirə”nin sabiq müdafiəçisi vəfat edib
-
09:59
"Qalatasaray" ikinci hissədə coşdu VİDEO
-
09:47
İddiaçılar Turniri: Abasov Nakamuraya uduzub
-
09:30
"Fiorentina" öz meydanında büdrədi VİDEO
-
17:36
Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib
-
17:11
“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazanıb
-
16:48
"Kəpəz"in futbolçusu üçün əlamətdar oyun