20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Miçel: "Sevilya" kimi komandaya qarşı oynamaq xoşdur”

“Həmvətənlərimi salamlayıram. "Sevilya" kimi komandaya qarşı oynamaq xoşdur. Mövsümün sonunda məşqçilərini dəyişmişdilər. Heyətlərində dəyişiklik edib, daha güclü futbolçular aldılar. Bizim də onlara qarşı arzularımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Madera "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin ilk turun matçından öncə mətbuat konfransında deyib.

Təcrübəli yarımmüdafiəçi üçün həmyerliləri ilə qarşılaşma özəl oyundu: "Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Turnirboyu bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq. Üç gün əvvəl çempionat matçımız var idi, "Neftçi"ylə həmin köklənmişdik. Bundan sonra istirahət oldi. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Doğma azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq".

Miçel vaxtilə “Sevilya”ya qarşı bir neçə dəfə çıxış edib. Maraqlıdı, bu komanda ilə hansı oyun futbolçu üçün xüsusi yaddaqalandr: "Sevilya"ya qarşı oyunlarım illər öncə olub. “Sportinq Xixon” və “Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar olub. Çempionlar Liqasında oynamağa can atan komandadır. "Sevilya"da Xetafe”də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq" (sport24.az).

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30