19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qurban Qurbanov: “Sevilya” ilə oyunda yaxşı nəticə əldə edə bilərik”

"Sevilya" kimi komandanın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın bu cür komandaya qarşı canlı oyun izləmirdilər. "Sevilya" Çempionlar Liqasında oynamağa layiq komandadı".

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssisin fikrincə, rəqibin ad-sanına baxmayaraq, öz futbolunu oynamağa çalışacaqlar: "Sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq. Öz meydanımızda oynayırıq. Düşünürəm ki, yaxşı nəticə əldə edə bilərik. Rəqibə qarşı layiqli mübarizə aparmağa çalışacağıq".

Qurbanov zədəli Mahir Emrelinin durumu barədə də danışıb: "Onun vəziyyəti yaxşı deyil. Oyunu buraxacaq. Miçeldən "Sevilya" ilə bağlı məlumat almamışam. Buna ehtiyac da yoxdur. Rəqibi kifayət qədər yaxşı tanıyırıq".

Təcrübəli məşqçi "Sevilya"ya rəhbərlik edən Xulen Lopetegi barədə də fikirləri bölüşüb: "Onunla xüsusi tanışlığım yoxdur. "Real"da və İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl İspaniya futbolunu tələb edən mütəxəssisdir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqadır. "Sevilya"nın heyəti barədə danışmağa dəyməz. Hamısının adını çəkmək olar. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlər oyunumuzdan razı qalsın. Açıqlamalarından məlumdur ki, matça ciddi hazırlaşırlar. Ola bilər ki, "Atletiko"ya qarşı aldığımız nəticələr onları buna vadar edir. İnanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin və ciddi hazırlaşmasın. Rəqib də sabah ciddi olacağını düşünürəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30