25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Sevilya"nın prezidenti: “Mən indi "Real"ı yox, yalnız “Qarabağ”ı düşünürəm"

“Sevilya”nın prezidenti Xose Kastro “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyunu haqda fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, AS-a müsahibəsində o deyib ki, hazırda sentyabrın 22-si, yəni “Qarabağ”la matçdan 3 gün sonra “Real” Madridə qarşı keçiriləcək matçı düşünmürlər.

“Mən hazırda “Qarabağ”ı, yalnız “Qarabağ”ı və “Qarabağ”ı düşünürəm. “Real”la oyuna hələ bir neçə gün var. “Qarabağ”a ciddi yanaşmalıyıq. Onlar hazırda öz liqalarında birinci yerdədirlər. İki il əvvəl “Atletiko”nun Çempionlar Liqasının erkən tərk etməsinin, dırnaqarası günahkarı da “Qarabağ”dır. Biz onlara hörmətlə yanaşmalıyıq”.

Klub prezidentinin fikrincə, “Qarabağ”la görüşdə heyətdə rotasiyalar olacaq: “Bu, məntiqlidir. Çünki hər üç gündən bir oynayırıq. Ona görə də məşqçi dəyişiklik edə bilər. Bu, onun hüququdur”.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ” - “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30