25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Tanınmış azərbaycanlı jurnalist dünya kubokunun qalibi oldu

Litvanın Druskininkay şəhərində jurnalistlər arasında futbol üzrə Dünya Media Kuboku turniri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, mötəbər turnirdə Azərbaycan komanda şəklində təmsil olunmasa da, tanınmış həmkarımız Elnur Əşrəfoğlu yarışın iştirakçıları arasında olub. Əşrəfoğlu Moldova komandasının formasını geyinib.

10 ölkənin mübarizə apardığı dünya kubokunda meydan sahibi Litva ilə yanaşı, Almaniya, Rusiya, Misir, Latviya, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan və Moldova yarışıb.

Elnur Əşrəfoğlunun çıxış etdiyi Moldova komandası dairəvi sistemlə keçirilən yarışın qalibi olub. 5 qolla məhz Elnur Əşrəfoğlunun bombaridir olduğu Moldova yığması sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Elnur Əşrəfoğlu ermənilərlə görüşdə də qələbə sevinci yaşayıb - 2:0.

Dünya kubokunun qaliblərinin mükafatlandırma mərasimində Druskininkay şəhərinin meri Riçardas Malinauskas da qatılıb. Kubok Moldova millisinin kapitanı Eduard Çiobanuya təqdim edilib.

Xatırladaq ki, Əşrəfoğlu uzun illər ölkə daxilində və xaricində keçirilən turnirlərin qalibi bombardiri olub. Son olaraq o, “Bakı” komandasının heyətində bu ilin iyulunda keçirilən “I Əkinçu Kuboku”nun qalibi və yarışın ən yaxşı bombardiri olmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30