29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Zirə"nin legionerindən yubiley qolu

Xulio Sezar Rodriges “Zirə”də 10-cu qolunu vurub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, paraqvaylı hücumçunun yubiley topu Premyer Liqanın 4-cü turuna təsadüf edib. Cari mövsümdə ilk qolunu “Sumqayıt”la səfər matçında (2:1) vuran forvard bunadək “Qartallar”ın heyətində 9 dəfə fərqlənib.

Bu ilin əvvəlində transfer olunan Rodriges ötən mövsüm çempionatda 8, kubokda 1 qol vurub. O, özünün 10-cu qolunu meydana çıxdığı 18-ci matçda rəqib qapısından keçirib. Cənubi amerikalının orta məhsuldarlığı 0,55-ə bərəbərdir.

Xulio Sezar “Zirə”nin tarixində 10 və daha çox qol vuran 4-cü futbolçudur. Klubun ən yaxşı bombardiri Nelson Bonilla 17, Riçard Qadze 12 dəfə fərqlənib. Rodrigeslə eyni sayda – 10 qol vuran Aslan Hüseynov isə yalnız I divizionda rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Rodriges “Zirə”də ilk qolunu fevralın 10-da “Səbail”lə səfər matçında vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31