19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Cari mövsümün ilk avtoqolu

Premyer Liqanın 2019/20 mövsümündə ilk avtoqol qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Zirə”nin futbolçusu Tellur Mütəllimov “Sumqayıt”la səfər oyununda öz qapısına qol vurub. Lakin bu, paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsinə mane olmayıb.

Bununla da Tellur ölkə çempionatlarında özünün ikinci avtoqoluna imza atıb. O, 2016-cı il martın 30-da “Zirə”nin “Kəpəz”lə səfər oyununda da eyni uğursuzluğu yaşayıb.

Mütəllimov ölkə çempionatları tarixində 1-dən artıq avtoqol müəllifi olan 24-cü futbolçudur. Onlardan 17-si iki, 7-si üç dəfə belə halla üzləşib. Hərəyə üç avtoqol vuran antirekordçular Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Bədavi Hüseynov, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodrigezdir.

Qeyd edək ki, çempionatların 27 illik tarixində 153 futbolçu 184 avtoqola üzülüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30