24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elşad Əhmədov uğursuzluğu üzərinə götürdü: “Günahkar mənəm”

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ"yə evdə 0:1 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, ilk olaraq oyun haqda düşüncələrini bölüşüb.

- Uduzanda çox danışmaq çətindi. "Qəbələ" bizdən yaxşı oynadı. Gənc futbolçularla daha istəkli idilər, yaxşı döyüşdülər. İkinci hissənin əvvəlində buraxdığımız qol bizə zərbə oldu. Bundan sonra çalışdıq ki, hesabı bərabərləşdirək, bu, alınmayandan sonra daha çətin oldu. Rəqib əks-hücumlar edərkən bizə daha çətin oldu.

- "Sabah"ın istəyi niyə az oldu?

- Bizdə də vardı istək. Futbolçulardan zəif görünənlər vardı. Ad çəkmək istəmirəm.

- Komandada baş məşqçi dəyişikliyi gözlənilir?

- Bu, rəhbərliyin qərarından asılı olacaq. Nə desələr, qulaq asacağıq. Gələcək taleyim haqda söhbət olacaq.

- Radikal dəyişiklik üçün plan varmı?

- Hardasa 30-40 faiz dəyişiklik olmalıdı.

- 4 turdan sonra qələbəniz yoxdu. Sizcə, nə dəyişik etməlisiniz?

- Sistemdə yox, futbolçular dəyişikliyi ilə nəsə ola bilər. Normal komandadı. Bir qələbə lazımdı ki, futbolçuları stresdən çıxarsın. Qlobal dəyişiklik lazım deyil.

- 4 oyuna 2 xal planlarınıza daxil deyil. Əsas günahkar kimdi?

- Bir baş məşqçi olaraq mən. Futbolçuları günahlandırmayaq. Nəyisə düzgün etmirik. Hər şey rəhbərliyin qərarından asılı olacaq.

- Bəzən olur ki, uğursuzluq olanda baş məşqçiylə futbolçular arasında konflikt olur...

- Xeyr, elə bir şey yoxdu. Ona yaxın bir şey də. Mehriban kollektivdi. Sadəcə, hücumda qol vuran futbolçu çatışmazlığı hiss ediirk. Belə futbolçuya ehtiyacımız var.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30