29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Nazim Süleymanovun yaratdığı həmkarlar təşkilatı bir az qanunu pozub, sadəcə...”

Son günlər Azərbaycan futbolunda ən çox müzakirə olunan məsələlərdən biri AFFA Azad Həmkarlar İttifaqının yaradılması və qurum ətrafındakı söz-söhbətlərdir. Belə ki, Nazim Süleymanovun sədr seçildiyi qurumla bağlı AFFA bəyanat yayaraq bu təşkilatın assosiasiyaya heç bir aidiyyatı olmadığını bildirdi. Geridə qalan 2-3 gün ərzində görünən odur ki, bu qurum ətrafındakı mübahisələr istər veteranlar arasında, istərsə də mətbuatda fikir ayrılığına gətirib çıxarıb. Bəs qanun kimin tərəfindədir?

Məsələyə aydınlıq gətirmək üçün tanınmış hüquqşunas Mehman Muradlıya müraciət etdik. Azərbaycan futboluna yaxından bələd olan, daha öncə Topaz-la bağlı araşdırmalarına görə qanunvericilikdə dəyişiklik edilən M.Muradlı Futbolxeber.az saytına bunları dedi:

“Həmkarlar İttifaqının yaradılması bir neçə qanunvericilik aktı ilə tənzimlənir. Əmək Məcəlləsinə əsasən İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

Digər qanunvericilik aktına əsasən, konkret olaraq "Həmkarlar ittifaqı haqqında" Azərbaycan Respublikası qanununa görə Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

“Peşələr, sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları birlikləri” dedikdə, həmkarlar ittifaqı ilk təşkilatlarının peşələr, sahələr üzrə birləşib təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı birlikləri başa düşülür.

Qanunvericiliyin tələbini nəzərə alsaq belə çıxır ki, Nazim Süleymanovun yaratdığı həmkarlar təşkilatı bir az qanunu pozub. Sadəcə AFFA-nın saytında yer alan bəyanatda bunu əsaslandıra bilməyiblər. Amma həmin qurumun AFFA-nın adından istifadə etməsi düzgün deyil”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31