16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Yubiley qarşılaşmasına doğru

Premyer Liqanın IV turunda “Qəbələ” çempionatın lideri “Qarabağ”la qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “qırmızı-qaralar”ın ən çox qarşılaşdığı komandalardan biridir. Yalnız “Bakı” ilə daha çox - 27 dəfə üz-üzə gələn Qəbələ təmsilçisi “Qarabağ”la artıq 24 dəfə görüşüb.

Yubiley - 25-ci duelədək komandalar 20 dəfə çempionat, 4 dəfə kubok çərçivəsində qarşılaşıb. Kubokdakı bütün oyunlar heç-heçə bitib və 4 oyunu özündə birləşdirən 2 duelin hər ikisində mərhələ keçən tərəf səfər qolu ilə müəyyənləşib. “Qəbələ” həm 2011/12, həm də 2012/13 mövsümündə mübarizəni dayandıran tərəf olub.

Ümumiyyətlə komandaların oyunlarının az qala yarısında bərabərlik qeydə alınıb. 24 matçdan 11-də tərəflər heç-heçə ilə kifayətlənib. Digər 13 qarşılaşmadan 8-də Ağdam, 5-də Qəbələ təmsilçisi qalib gəlib. Rəqiblər son 2 mövsümün hərəsində 6 dəfə üz-üzə gəliblər. Ötən mövsümün ilk duelində qalib gələn “Qəbələ” sonrakı 5 görüşdə qalib gələ bilməyib. “Qırmızı-qaralar” son 3 qarşılaşmada yaşadıqları qol həsrətini qırmağa çalışacaq.

Bu matçlarda 3 nəticə daha çox qeydə alınıb. 0:0, 1:1 və 2:1 hesablarının hərəsinə 5 dəfə təsadüf olunub.

13-cü dəfə rəqibini qəbul edəcək “Qəbələ” öz meydanında 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Bu görüşlərdə meydan sahibləri 13, qonaqlar isə 15 dəfə fərqlənib.

Baş tutan bütün matçlarda ümumilikdə 48 qol vurulub. Bu isə orta məhsuldarlığın düz 2,00-a bərabər olması deməkdir. Toplardan 27-ni “Qarabağ”, 21-ni “Qəbələ” vurub. Maraqlıdır ki, hər 2 komandanın heyətində 15 futbolçu qol sevinci yaşayıb.

“Qəbələ” - “Qarabağ” qarşılaşmalarında qol vuran 29 oyunçu arasında ən məhsuldarı isə Kənan Kərimovdur. O bu duellərdə hər 2 komandanın heyətində fərqlənən yeganə futbolçudur. Elə bu üzdən də hər komandada 15 oyunçu fərqlənsə də, ümumi say 30 deyil, 29-dur. Kərimov 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edib.

Ümumilikdə 5 futbolçu 1 komandanın heyətində 3 qol vura bilib. “Qarabağ”ın heyətində 3 belə oyunçu var. Kənan Kərimovdan başqa Aslan Kərimov və Rauf Əliyev də “Qəbələ”yə 3 qol vurublar. Lakin bu 3 oyunçudan heç biri artıq “qırmızı-qaralar”a rəqib deyil. “Qəbələ”də isə əksinə, “Qarabağ”a 3 qol vuran hər 2 futbolçu hesabını artıra bilər. Bunlar Viktor Mendi ilə Dodo kimi tanınan Luis Paulo Hilariodur. “Qarabağ”ın 6, “Qəbələ”nin isə 2 futbolçusu rəqib qapısına 2 dəfə yol tapıb. Arxada qalan 24 dueldə cəmi 2 dubl qeydə alınıb. “Qəbələ”də İqor Melnik, “Qarabağ”da isə Reynaldo Silva bunu bacarıb.

2006/07. Premyer Liqa

20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

2006/07. Premyer Liqa

22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

2007/08. Premyer Liqa.

06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Bepaya, 52

2007/08. Premyer Liqa

13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80

2008/09. Premyer Liqa

20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 

Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

2008/09. Premyer Liqa

15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10. Premyer Liqa

23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2009/10. Premyer Liqa

06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78

2009/10. Premyer Liqa

21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1

Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43

2009/10. Premyer Liqa

24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)

2010/11. Premyer Liqa

25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83

2010/11. Premyer Liqa

13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75

2011/12. Premyer Liqa

27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Viktor Mendi, 37

2011/12. Premyer Liqa

21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

2011/12. Azərbaycan kuboku

14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Viktor Mendi, 41; Luiz Paulo Hilario, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90

2011/12. Premyer Liqa

18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16

2011/12. Azərbaycan kuboku

28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2011/12. Premyer Liqa

14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Yannik Kamanan, 70

2012/13. Premyer Liqa

31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32; Luis Paulo Hilario, 34

2012/13. Premyer Liqa

10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)

2012/13. Azərbaycan kuboku

27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luis Paulo Hilario, 33 - Vüqar Nadirov, 56

2012/13. Azərbaycan kuboku

07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

2012/13. Premyer Liqa

30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0

Riçard Almeyda, 39

2012/13. Premyer Liqa

28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2

Reynaldo Silva, 69; 77 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30