25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Obradoviç: “Təbii ki, məğlub olmaq xoş deyil”

“Rəqibin gücü haqda əvvəldən məlumatımız var idi. Bilirdik ki, standart vəziyyətlərdən istifadə etməyi bacarırlar. Təəssüf ki, birinci hissəsinin sonunda qol buraxdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç deyib.

Avropa çempionatının seçmə mərhələsində Gürcüstana 0:3 hesabı ilə məğlub olan U-21 yığmamızın çalışdırıcı matçdan sonra CBC Sport-a açıqlamasında yenilgini belə şərh edib:

“İkinci hissənin əvvəlində azlıqda qaldıq. Bundan sonra oyunun gedişatını dəyişmək çətin idi. Uşaqlar çalışırdılar, 0:1, 0:2 hesabı ilə geridə olarkən də əllərindən gələni edərdilər. Amma 10 nəfərlə fərqlənmək çətin idi. Baxmayaraq ki, bu gün də 1-2 qol vura bilərdik. Təbii ki, məğlub olmaq xoş deyil.

Komandamızın üzvləri klublarında daim oynamırlar. Bu da qeyri-stabil çıxışa gətirib çıxarır. Ötən oyunda Slovakiya qarşı çox yaxşı oynamışdıq. 3-4 gündən bir oynamaq çətindi. Bəlkə də futbolçularımız ilk dəfə idi ki, 3-4 günə ardıcıl iki belə çətin oyun keçirdilər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30