19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qələbəyə gücümüz çatmadı”

Xorvatiya milli komandasının kapitanı Luka Modriç Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra brifinq keçirib.

- Doğum gününüzdə qol vursanız da, hesabı qoruya bilmədiniz. Oyunu necə dəyərləndirərdiniz?

- Təəssüf ki, istədiyimiz 3 xalı qazana bilmədik. Halbuki oyuna kifayət qədər yaxşı başlamışdıq. İlk 20-25 dəqiqə ərzində çox yaxşı çıxış etdik, qol vurduq və daha bir-ikisini də vura bilərdik. Bundan sonra ola bilsin, bir qədər rahatlaşdıq və Azərbaycan yığmasına qol şansları yaratmaq imkanı verdik. Onlar oyunun sonlarında hesabı bərabərləşdirə bildilər. Deyəsən, bizə işimizi çətinləşdirmək xoş gəlir. Son 2 oyunda 4 xal qazanmağı bacarmışıq. Qarşıda hələ 3 oyunumuz var. Fikrimcə, yekunda Avropa çempionatına vəsiqə qazanacağıq.

- Siz oyuna yanaşmadan çox danışmışdınız. Amma matçın startından cəmi 15 dəqiqə sonra çətinlikləriniz başladı. Nə baş verdi?

- İzah etmək çətindir. Biz çox yaxşı başlamışdıq və oyunu lazımınca apara bilərdik. Təəssüf ki, hansısa səbəbdən bunu bacarmadıq. Bunu dəcəllik kimi qiymətləndirmək də olar. Çünki həqiqətən də dominantlıq etdiyimizi görürdük. Biz rəqibə imkan verirdik ki, təhlükəli epizodlar yaratsınlar. Matçın gedişində onlar hücumlarını daha da çoxaltdılar və heç nədən bir oyunçu 3-4 futbolçumuzu keçib bizə qol vurdu. Buna yol vermək olmazdı. Nəticədə qələbəyə gücümüz çatmadı. Gəlin, növbəti oyunlara keçək. Hələ də hər şey öz əlimizdədir.

- Paltardəyişmə otağında məyusluq nə qədər idi?

- Əlbəttə, bu, məyusedici haldır. Çünki biz qələbəyə ümid edirdik. Xüsusən, o zaman ki, yaxşı oynayıb bu qədər şans yaradırsan. Hələ hər şey açıqdır. Avropa çempionatına vəsiqəyə iddia etmək üçün qarşıda 2 ev və 1 səfər oyunumuz var. Görünür, bizə hər şeyi sadə sonuclandırmaq xoş gəlmir. Buna görə də mübarizə aparmaqda davam etməliyik.

- Beləliklə, növbəti tur Macarıstan üzərində qələbə sizin üçün çox vacib olacaq...

- Yaxşı atmosfer və əla dəstək gözləyirəm. Biz uzun müddətdir Split şəhərində oynamırıq. Əlbəttə, qələbəmizə inanıram. Hazırda bütün xallar çox vacibdir. Sonra da qrupdakı vəziyyətə baxacağıq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30